"Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri də Azərbaycan üzərindən Avropaya daşınır" - Muxtar Babayev

22-04-2019, 12:50           
"Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri də Azərbaycan üzərindən Avropaya daşınır" - Muxtar Babayev
Azərbaycan ərazisindən yükdaşımaların həcmi artır.

“Report”un məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ərazisindən nəinki qonşu ölkələr, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır.

O bildirib ki, bu anlamda Xəzər bölkəgisinin önəmi əvəzsizdir: “Ancaq bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlər minimuma endirilməlidir. Elə sistem qurulmalıdır ki, Xəzərin təbiətinə vurulan təsirlər minimuma endirilsin”.

Nazir qeyd edib ki, Azərbaycan təkcə karbohidrogenlərlə zəngin deyil: “Azərbaycanda həmçinin zəngin filiz ehtiyatları da var. Biz bu ehtiyatları da nəzərə almalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru