“Dədə babalarımızın bakirə qoyub getdiyi Şuşanın namusunu ermənilərə verdik.” -Ramiz Qəmbərov

30-04-2019, 07:21           
“Dədə babalarımızın bakirə qoyub getdiyi Şuşanın namusunu ermənilərə verdik.” -Ramiz Qəmbərov
“Dədə babalarımızın bakirə qoyub getdiyi Şuşanın namusunu ermənilərə verdik.” -Ramiz Qəmbərov
Sabah Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qəmbərovun şəhid olduğu gündür ..!
...Sənsizliyin isə 27 yaşı tamam oldu, Ramiz bəy!
... Şuşasızlığın da 27 yaşı oldu ...
...Şuşamız sənsiz cəmi 7 gün yaşadı, Ramiz bəy! Sənin yeddin çıxan günü Şuşa da çıxdı.
...Təkcə Şuşa çıxmadı, Ramiz, Canımız da çıxdı....
Amma Sən Şuşasız deyilsən. 27 ildir Sən varsan. Şuşa da var. Siz bir yerdəsiniz. Biz yoxuq....! 27 ildir Sən Şuşalısan, biz Şuşasız.
“...Bəy, neujeli, sən görmürsən ki, bunlar siyasi oyunlar oynayırlar, siyasi alver edirlər?” – sən bunları kimə demişdin, Ramiz? Sən “bunlar” deyəndə kimi nəzərdə tuturdun?
“...Şuşanın başına bir iş gəlsə, səni şəxsən özüm güllələyəcəm!” bəs bunu kimə demişdin, niyə demişdin, Ramiz?
Şuşanın başında siyasi oyun oynadılar, Ramiz, ... Bülbüllər yurdunu bayquşlara verdilər... təhqir etdilər Şuşanın ləyaqətini, tapdaladılar...
Amma bir kimsəni güllələləmədilər....
Şuşamızın sahibi yoxmuş...
Səndən də, Şuşadan da sonra çox sular axdı, Ramiz, çox küləklər əsdi. Şəhər və kəndlərimiz, iri- iri rayonlarımız işğal edildi. Torpaq itkimiz artdıqca, Milli Qəhrəmanlarımız da artdı. Bir vaxtlar al bayraqlar, qızıl ordenlər ölkəsi adlanan ölkəmiz indi milli qəhrəmanlar və qaçqınlar ölkəsi adlanır. Şəhər və kəndlərimiz əldən getdikcə generallarımız çoxaldı, Ramiz. Generallar çoxaldıqca qaçqınlarımız da çoxaldı.
Sən şəhid olanda isə ölkədə heç Milli Qəhrəman yox idi. Heç bu ad da təsis edilməmişdi...
Çünki onda igidlər ad uğrunda deyil, yurd uğrunda mübarizə aparırdı.
Baş qarışıqdır ,Ramiz ...Ölkə yankilərin əlindədir... erməni qarışığından olanlar idarə edir Azərbaycanı...Şuşa isə işğaldan -işğala yada düşür Çox vaxt da Avropa nümayəndələri Bakıya gələndə ...
Xilaskarını gözləyir Şuşa da ,Azərbaycan da...Bəlkə bu sənin evində böyüyən Ramiz olacaq ...?! Bilmirəm ...Təki olsun ...!
Nə isə görüşənədək ...Hələlik ...
Bir daha şəhidliyin mübarək ...!
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.