Təhsil Nazirliyi geri çəkildi, son qərar açıqlandı: MƏKTƏBLƏRDƏ DİN FƏNNİ OLMAYACAQ

30-04-2019, 16:52           
Təhsil Nazirliyi geri çəkildi, son qərar açıqlandı: MƏKTƏBLƏRDƏ DİN FƏNNİ OLMAYACAQ
Gələn tədris ilindən Azərbaycanda 4 və 8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istfadə etməsi nəzərdə tutulur.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, 4 və 8-ci sinif şagirdləri üçün yalnız "Həyat bilgisi"nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır. Hazırda həmin dərsliklər ictimai müzakirədədir.

C.Valehov əlavə edib ki, "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Nazirlik rəsmisi bildirib ki, təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

O, orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin gündəmdə olmadığını da nəzərə çatdırıb.

Ali təhsil müəssisələrinə gəldikdə, C.Valehov deyib ki, təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.