Ucardan 1-ci vitse - prezidentə şikayət edirlər:" Kömək edin Mehriban xanım....."

1-05-2019, 05:57           
Ucardan 1-ci vitse - prezidentə şikayət edirlər:" Kömək edin Mehriban xanım....."
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya.

Ucar şəhər Heydər Əliyev küçəsi 55-də yaşayan Hacıyeva Lalə Şahvələd qızı tərərfindən.

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Mehriban xanım!

Yaşadığım evin sol tərəfindəki hasara bitişik olan və qonşu həyətdə yerləşən ikimərtəbəli komunal yaşayış binasının sakinlərinə məxsus saray və qarajlar yetmiş il bundan əvvəl tikilib.Hal-hazırda həmin tikililər yararsız və qəzalı vəziyyətdədir. İki azyaşlı övladım var. Qəzalı vəziyyətində olan bu tikililərə görə övladlarım həyətə düşə bilmirlər. Həmin tikililərin təxminən otuz metrə yaxını uçularaq həyətə tökülüb. Qalan hissəsi isə hər dəqiqə uçmaq təhlükəsi var.

Mən yarasız olan bu tikililərlə bağlı əvvəlcə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun qəbulunda oldum və qəzalı vəziyyətində olan tikililərin şəkillərini ona təqdim etdim. Orda mənə köməklik edəcəyinə söz verdi.Bir neçə gündən sonra İcra Hakimiyyətinin Ucar şəhəri Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov iki nəfərlə gəlib yerində baxdılar və söz verdilər ki, problemin həll olunması üçün köməklik edəcəklər. Amma heç bir köməklik etmədilər. Bir müddətdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına rəsmi müraciət etdim.Bu müraciətimdən sonra Heydər Əliyev Fondundan iki nəfər nümayəndə bu yararsız tikililərin sökülərək götürüləcəyinə və hasarın yenisi ilə əvəz olunacağına söz versələrdə bu günə kimi heç bir tədbir görülməyib.

Hörmətli Mehriban xanım!

Bu yararsız tikililər hər an qəza təhlükəsi var.Qorxumdan övladlarımı həyətə düşməyə icazə vermirəm. Amma nə vaxta kimi icazə verməyəcəm. İllərdi bu problem yaranıb.Vaxt keçdikcə onun təhlükəsi dahada artır. Hər gün səksəkə, qorxu içərisindəyəm ki bu tikili uçacaq kminsə həyat və sağlamlıqlarına ziyan vuracaq. Hara müraciət edirik gəlib baxırlar .Deyirlər ki, təcili sökülməlidir.Söz verirlər ki, yaxın günlərdə buldozerlə söküb götürəcəyik hasarınızıda çəkib təhvil verəcəyik. Amma bizə bu sözü verənlər gedirər bir daha qayıtmırlar. Mən azyaşlı övladlarıma görə çox narahat oluram. Nə vaxta kimi övladlarımı ev dustağı edim? Sizdə anasız məni yaxşı başa düşərsiz. Mən iki yüz manat maaş alıram bu pullada bu problemi həll edə bilmirəm. Ona görədə xahiş edirəm mənə köməklik edin və tapşırıq verin bu yararsız tikililər sökülsün.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.