İqtisadçı alim qaz limiti ilə bağlı təklif verdi

1-05-2019, 12:22           
İqtisadçı alim qaz limiti ilə bağlı təklif verdi
Qubad İbadoğlu, iqtisadçı alim

Qaz təminatında limitə dair 3 təklif

Nəhayət ki, erməni kilsələrini pulsuz olaraq qazla təmin edən hakimiyyət azərbaycanlılara baha qiymətlə satılan qazın limitnini 500 kub mert yuxarı qaldırılıb. İstənilən halda təqdir edirəm, çünki iqtisadçıların əhaliyə satılan qaz lmitinin ləğv edilməsi ilə irəli sürdüyü təklifə gec də olsa reaksiya verildi: limit 1700 kubmetrdən 2200 kubmetrə qədər artıırıldı. Bununla bağlı mən də dəfələrlə çıxış edərkən mövcud limitin problemlərindən bəhs etmişdim. Bu qış mövsümündə aldığım çoxsaylı mesajlardan bəlli olurdu ki, bir çox rayonlar qazla təchiz olunsa da xüsusolə də kəndlərdə nəinki evləri, hətta məktəbləri belə sobalarda təzək yandırmaqla qızdırırdılar. Bu da Azərbaycanın regionlarının 95 faizi qazla təmin olunub deyənlərin gördükləri işə istehza yaradırdı. Nə olsun ki, qazlaşma yüksək səviyyədir, onun pulunu ödəməyə xüsusilə də regionlarda yaşayan sıravi azərbaycanlıların maddi imkanı çatmırdı.

Xatırladım ki, Azərbaycan Respublikası Tarif Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı və hər ilin sonunda təyin olunmuş limit sıfırlanırdı.

Odur ki, təklif edirəm ki:

1. Qaz limiti tamam ləğv edilməlidir. Hesab edirəm ki, xüsusilə də region əhalisi üçün bu vacib məsələ növbəti qış mövsümünə qədər həllini tapmalıdır.
2. Yalnış siyasətə görə, “Azəriqaz” son 2 ildə 1700 kub metrdən yuxarı qaz istehlak edənlərin ödənişlərini ya geri qaytarmalı, ya da cari və növbəti ilin ödənişlərindən çıxmalıdır.
3. Eyni yanaşma elektrik enerjisini istehlak edən əhali qrupuna da şamil edilməli və istehlakçılar üçün limit aradan qaldırılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.