Gəncəyə nəzarət uğrunda gizli çəkişmə... - Başçı nazirə meydan oxudu...

3-11-2015, 11:25           
Gəncəyə nəzarət uğrunda gizli çəkişmə... - Başçı nazirə meydan oxudu...
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu günlərdə keçirtdiyi iclasda vergilər naziri Fazil Məmmədovun ünvanına xoşagəlməz ifadələr səsləndirib. Başçının dediyinə görə, vergilər naziri onun barəsində PA-a qərəzli məlumatlar ötürür.

Qafqaznews.az bildirir ki,Vəliyevin sözlərindən belə başa düşülüb ki, vergilər naziri Şəmkirlə yanaşı Gəncəni də öz “himayəsinə” almaq istəyir. İcra hakimiyyətində keçirilən iclasda Elmar Vəliyev gəncəli sahibkarlara göstəriş verib ki, gedin Vergilər Nazirliyinin sizə qarşı keçirdiyi qanunsuz yoxlamalardan PA-a şikayət edin. Başçı deyib ki, necə olur Fazil Məmmədov məndən PA-ya qərəzli məlumat verə bilir, siz nazirin qanunsuz əməllərindən şikayət edə bilməzsiniz?

Başçının dediklərindən bəlli olub ki, Yevlaxdakı ona məxsus İpək fabrikində Fazil Məmmədov yoxlama keçirdərək, fabriki cərimələyib. Amma sonda başçı Ali Məhkəməyə müraciət edərək cəriməni ləğv elətdirib.

Başçı sonda bildirib ki, mən bilirəm Fazil Məmmədovun məqsədi nədir: o, Gəncəni də Şəmkir kimi özünə tabe etmək istəyir, ancaq bunu görməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.