AMİP İmişli rayon təşkilatı bəyanat verdi

3-11-2015, 16:01           
AMİP İmişli rayon təşkilatı bəyanat verdi
teref.az saytının elektron poçtuna İMİP İmişli rayon təşkilatının bəyanatı daxil olub.Bəyanatı sizə təqdim edirik!
Azərbaycan Milli İstiqlal Partiyası İmişli rayon təşkilatının bəyanatı.

Milli Məclisə 01.11.2015-ci il tarixdə keçirilən parlament seçkiləri İmişli rayon tarixinə daha bir qara ləkə kimi düşdü.YAP-ın namizədi KİV-lərdə holdinqlərinin,plazalarının,15-20 mərtəbəli binalarının saylarınıoxumağa insan nəfəsi çatdırmayan,xarici ölkələrdə gözqamaşdırıcı obyektlərinin sayları hələ də dəqiq açəqlanmayan bir oliqarxın-Əsabil Qasımovun seçki saxtakarlığı nəticəsində 11 min(?) səslə deputat seçdirilməsi Rayon sakinlərinə daha bir təhqir oldu.
Əsabil Qasımov 15 gün ərzində nəqliyyat nazirliyinin,qaçqınlar komitəsinin səlahiyyətlərini mənimsəyərək İmişli caamatına (!) bir səs ücün 5-10 manat,komisiyya üzvlərinə 50-100 manat,təhsilimizi bərbad günə salan komisiya üzvləri və sədrləri təyin edilmiş müəllimlərə 100-200 manat pul paylatdıraraq ,bəzi qəbirastanlıqlara 5-10 maşın qum-çınqıl tökdürərək (İmişlinin yeraltı sərvətləri bu tipl oliqarxlar tərəfindən talan edilir),Bakının baş planını pozaraq 3-5 bal zəlzələyə davam gətirə bilməyəcək 20 mərtəbəli binalar tikdirən tikinti krallarının köməkliyi ilə ona saxtakarlıqla deputat mandatı verilir.
Baki şəhərinə vaxtilə 011 avtomobili ilə gedən Əsabil və prezidentin də başına bəla olan bu tikinti maqnatları vaxt gəəcək ki,İmişliyə at arabası ilə (o da qismət lsa) qayıdacaqlar.
YAP İmişli rayonunun sədri Səfa Ağayevin son 20 ildə t-rətdiyi saxtakarlığın ən böyüyü məhz 01ş11ş2015-ci ildə qoyuldu.Rayonun sayılıb-seçilən 8 nəfər deputatlığa namizədlərinin halal topladığı səsdən ona 3 dəfədən cox səs yazdırildi.Bir qarın çörəyə görə həmişəlik gözü kölgəli olan kişilər qutulara Əsabil Qasımova görə topa-topa bülletenlər atdılar.Vicdanlı insanlar onlardan bir neçə toplumunu sosial şəbəkələrdə nümayiş etdirməkdədirlər.Özlərinə ümumi lider saydıqları İmişlidə Heydər Əliyev adına verilmiş parkdan onun adının inkar edilməsinə qarşı çıxan İmişlinin Heydər Əliyev çörəyindən mərhum edilmiş və Heydər Əliyevin müdafiəsinə qalxaraq Səfa Ağayev və Əsabil Qasımova,habelə digər ılaqədar nazirliklərə şikayət edənlər həbsə atıldılar,onların şikayətlərinə məhəl qoyulmadı və Heydər Əliyevin adı inkar olunub.Amma deputat mandatı Əsabil Qasımova Ulu Öndərin adindan istifadə edilərək təqdim olunur.Bu cinayət məsuliyyəti ehtiva edən seçki saxtakarlarının üz qarasının nəticəsi idi ki,Avropa təşkilatları seçkilərə nümayəndə göndərmədi və seçkilərin nəticələrini bu gün də tanımırlar.Yekun olaraq AMİP İmişli rayon təşkilatı 01.11.2015-ci ul tarixdə 79 saylı İmişli DSK-da keçirilmiş seçkilərinin nətıcələrini etibarsız hesab edir və Əsabil Qasımovun deputatlığını tanımadığını bəyan edir.
Bəyanat Prezident administrasiyasına,Milli Məclisə,MSK-ya,İmişli rayon icra hakimiyyətinə,bütün hüquq mühafizə təşkilatlarına ve KİV -nə göndərilmək üçün tərəfimdən imza edilir.
Tapdıq Həsənov.
AMİP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş AMİP İmişli rayon təşkilatının sədri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.