“12 IMAM Sehabesi” - admini – Etiraz Etdi - O videonun bizim səhifə ilə heç bir əlaqəsi yoxdur.

4-11-2015, 11:21           
“12 IMAM Sehabesi”  - admini – Etiraz Etdi - O videonun bizim səhifə ilə heç bir əlaqəsi yoxdur.
“12 IMAM Sehabesi” - admini – Etiraz Etdi - O videonun bizim səhifə ilə heç bir əlaqəsi yoxdur.

“12 IMAM Sehabesi” Facebook səhifəsinin admini ETİRAZ ETDİ – O videonun bizim səhifə ilə heç bir əlaqəsi yoxdur.
Son günlərdə gacebookda fəaliyyət göstərn facebook sosial şəbəkəsində Elmar Vəliyev haqqında olan bir videonu paylaşdıq. Normal bir şeydir, bəzən edilən paylaşımlar ətrafımızdakı insanların məsələyə necə yanaşdığını da müəyyən etmək üçün bir növ üsuldur. Xatırladım ki, video 02.11.2015 gecə 00:22 radələrində paylaşılıb...
Səhər durduqda səhifəmizin adının saytlarda olduğunu gördük. Bir sıra saytlar videonu səhifəmizdə olduğunu görüb, o videonun bizizm hazırladığımızı zənn edərək, videonu səhifəmizin adı ilə vermişdilər. Və daha maraqlısı budur ki, videonun bizim hazırladıqlarımızı iddia edirdilər. Kim olsa belə fürsətdən qaçmaz. “Səhifəmiz saytlarda reklam olur, və beləliklə də insanlar bəyənir, görür və sayımız çoxalır” deyə fikirləşər. Nə yalan deyim. Səhifəmizə həqiqətən də gün ərzində gələnlərin sayı artdı, özü də necə...
Amma burda iki məsələ var. 1) Video səhifəmizə məxsus deyil. 2) Müəllifi olmadığımız videonu adımıza yazmaqla kimlərinsə haqqını tapdalayırıq. 3) Maraqlıdır niyə saytlar o videonun internetdə olan linkini sayta qoymurlar? Bu olduqca maraqlıdır. Və bu suala cavab verilməlidir. Mən həmin videonun youtub linkini təqdim edirəm: https://www.youtube.com/watch?v=tlI1Tr5DENk

Bəli, gördüyünüz kimi video “Azerbaijan Anonymous” adlı youtub istifadəçisi tərəfindən Noyabr ayının biri qoyulub. İstinad edərkən diqqətli olun cənablar!
Mən “12 IMAM Sehabesi” admini olaraq bu məsələyə - Səhifəmiz adındn qeyri dəqiq məlumatların yayılmasına – QƏTİ ŞƏKİLDƏ ETİRAZ EDİRƏM.

Və bir daha o videonun səhifəmizə aid olmadığını və müəllifinin də biz olmadığımızı vurğulayır və saytları məlumat yayarkən diqqətli olmağa çağırırıq. Hüquqlarımızı tapdalamayın!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.