İbad Hüseynov danışdı və əks tərəfdən sadə bir məsləhət aldı
4-11-2015, 16:57
Son günlər Azərbaycan mediasında erməni terrorçusu Xocalı və Qaradağlı faciələrinin təşkilatçısı Monte Melkoniyanın kim tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərlər aləmi bir-birinə qatıb. Montenin başını kəsdiyini iddia edən Qarabağ qazisi İbad Hüseynova qarşı hətta bununla bağlı sözdə təzyiqlərə də başlanılıb.
İddialara görə, Monte Melkonyanı (ləqəbi “Avo” – T.T) İbad Hüseynov yox, başqa Azərbaycan hərbçiləri öldürüb. Onlar isə başqa döyüşlərdə şəhid olublar.
İbad Hüseynov isə hafta.az – a ekskluziv açıqlamasında bildirib ki, indi hər kəs bu məsələ ilə bağlı öz fikrini yazır:
“Mən bu mövzuya münasibət bildirmək istəməzdim. Elədiyimi etmişəm. Faktları da göz qabağındadı. Kim xainlik edir etsin, kimin gözü götürmür götürməsin. Mən öz qəhrəmanlığımı bəziləri kimi sözdə yox, döyüşlərdə göstərmişəm. Hər şeydə birinci olduğumu ilk növbədə Qarabağ döyüşlərində sübut etmişəm. Mənim etdiklərim əməllərimdir. Bütün dünya da hər şeyi görür və qəbul edir. Bizimkilərdən də 3-4 nədər Monte Melkonyanın başını kəsdiyimi qəbul etmirlərsə onları öldürəsi deyilik ki? Çoxları onun mənim tərəfimdən öldürüldüyünü yazıblar”.
Qeyd edək ki, ölkə prezidenti tərəfindən İbad Hüseynov Qarabağ döyüşlərindəki şücayətə görə, Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib.
teref.azdan İbad Hüseynova bir sual
- Nəyə görə şəkildə olan ( yəni kəsilmiş başla) Monte Melkomyanın başının ekspertizasını etdirmirsən.
Biz vaxtında hər ikisini rəssam ekspertlərə göstərmişik. Onların yekdilliklə qəti qərarı bu başların eyni adama məxsus olmadığıdır.
Bütün bu mübahisələrə son qoymaq üçün sadəcə neytral bir ekspertiza təyin edin və cavabını ( nə olursa olsun) qəbul edin!
Qaldı baş kəsməyə o sən deyən qədər də asan iş deyil.