Bakıda tarixi abidə 1 milyon dollara satılır -Qalmaqal

12-11-2015, 20:31           
Bakıda tarixi abidə 1 milyon dollara satılır -Qalmaqal
Bakıda, Zərgərpalan küçəsində "Hacıqurban Aşurov hamamı" deyilən tarixi bina kommersiya obyekti kimi istifadə olunur.
Binanın divarında belə lövhə var: "Mədəniyyət və Turizm Nazirliyi. Yerli əhəmiyyətli memarlıq abidəsi. Hacıqurban Aşurov hamamı. Abidə dövlət tərəfindən qorunur".
"Obyekt"in sahibi Moskvadadır. Binadakı dükanda satıcı işləyən qadının dediyinə görə, bu yaxınlarda tanımadığı insanlar gələrək divara lövhəni vurublar.

Binanın divarına yazılmış nömrəyə zəng vurduqda isə bəlli oldu ki, köhnə hamamın binası özəlləşdirilib və satışa çıxarılıb. Bina əvvəllər 1 milyon dollara satışa çıxarılsa da, indiki qiyməti bəlli deyil.
Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsindən verilən məlumata görə, yerli əhəmiyyətli abidələrin satışı yalnız nazirliyin müvafiq icazəsindən sonra mümkündür.

"Belə abidəni özəlləşdirmiş insanlar onu satışa çıxarmazdan əvvəl mütləq icazə üçün nazirliyə müraciət etməlidirlər. Bəhs olunan obyektə gəldikdə isə o, yerli səviyyəli memarlıq abidəsidir. Əgər obyektin sahibi binanı satmaq fikrinə düşübsə, nazirlikdən icazə almalı idi. Olayı araşdıracağıq", - şöbədən verilən açıqlamada deyildi./day.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru