Rafil Hüseynov oğlunu necə vəziyyətdən çıxarmaq istəyir? - Qalmaqal

13-11-2015, 11:50           
Rafil Hüseynov oğlunu necə vəziyyətdən çıxarmaq istəyir? - Qalmaqal
Ötən gün İnfo Masallı səhifəsi tərəfindən fotoları yayımlanan Şəhriyar Hüseynovla bağlı məsələ böyüməyə başlayıb. Redaksiyamız xəbər verir ki, Masallının icra başçısı Rafil Hüseynovun oğlunun gecə klublarından birində, çılpaq qızlarla birlikdə şəkil çəkdirməsi şübhəsiz atası üçün müsbət hal sayılmır.

Həmin məlumatda deyilirdi ki, Şəhriyar Hüseynov mütəmadi olaraq gecə klublarına gedir və onun əyləşdiyi masanın hesabı 3-4 min manatdan az olmur.

JAM.AZ xəbər verir ki, icra başçısı oğlu ilə bağlı məsələni ört-basdır etmək üçün əl-ayağa düşüb. Məlumata görə, Rafil Hüseynov oğlunun fotlarını mətbuatdan tam yığışdıra bilmədiyindən, başqa varianta əl atıb. Belə ki, o, mətbuatdakı «mirzə»ləri vasitəsi ilə oğlunun yayılmış fotoşəkilinin «montaj» edildiyi barədə rəy yaratmağa çalışır. Və bunun üçün zəruri olan bütün addımları atmağa hazır olduğunu bildirib.

Məlumatda vurğulanır ki, Masallının icra başçısı bu rəyi yaratmağa çalışsa da, fotoşəkilin montaj olunmadığı artıq çoxdan təsdiqlənib. Üstəlik, Şəhriyar Hüseynovun etdiyi hərəkət və məsələnin bu şəkildə ictimailəşməsi Rafil Hüseynov üçün də böyük problemə çevriləcək. Ona görə ki, dövlət başçısının qəti tapşırığı var. Əgər məmur balaları bu şəkildə davranıb, eyş-işrətlə məşğul olacaqları təqdirdə, təkcə onlar deyil, məmur ataları da cəzalandırılacaqlar. Elə Masallının icra başçısını da qorxudan cəza alacağıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.