Azərbaycanda “Wizz Air” qiymətləri bahalaşdırdı - 3 dəfə

19-11-2015, 20:15           

“Wizz Air” aviaşirkəti bir istiqamətdə Bakıdan Budapeştə uçuşların qiymətini 3 dəfə bahalaşdırıb.

Şirkətin rəsmi saytı xəbər verir ki, mart ayı üçün nəzərdə tutulmuş uçuş qrafikinə nəzər salanda məlum olur ki, qiymətlər 3 dəfə bahalaşıb.

Belə ki, yalnız bir istiqamətdə mart ayının 28-31-i üçün nəzərdə tutulmuş ucuş qrafiklərində qiymətlər müvafiq olaraq 109,99 və 89,99 avro təşkil edir.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də “Wizz Air” və “Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində “Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi demişdi ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Qaynar.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru