İlham Əliyev "Liderşip" mükafatı ilə təltif edildi - Foto

20-11-2015, 21:40           
İlham Əliyev "Liderşip" mükafatı ilə təltif edildi - Foto
Amerika-Azərbaycan ticarət palatası ("Amcham Azerbaijan") prezident İlham Əliyevi "Liderşip" mükafatı ilə təltif edib.

APA-nın xəbərinə görə, mükafat ölkə başçısının " Amcham-Azerbaijan"a göstərilən dəstəyə görə verilib.

Mükafat prezident İlham Əliyevin nümayəndəsi qismində çıxış edən maliyyə naziri Samir Şərifova təqdim olunub.

"Bu palatanı təsis edən gündən Ulu öndər Heydər Əliyev bizə daim dəstək olub. Eyni münasibəti biz prezident İlham Əliyevdən gördük", - deyə palatanın təsisçisi Reza Veziri deyib.

Öz növbəsində S. Şərifov qeyd edib ki, prezident İlham Əliyev "bu şərəfli mükafatı qəbul etmək üçün tapşırıq verib". Bundan sonra mükafat təqdim edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru