Səfər Mehdiyev yenə də iddialı danışdı... - “Əgər hansısa gömrük məmuru haqda rüşvət iddiası varsa...”

2-09-2019, 11:20           
Səfər Mehdiyev yenə də iddialı danışdı... - “Əgər hansısa gömrük məmuru haqda rüşvət iddiası varsa...”
“Son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə bizə təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Amma onlar bizi ruhlandırır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əgər neqativ hallar varsa, məsələnin həlini məhkəmələrdən almaq olar, nəinki sosial şəbəkələrdən:

“Əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik.

Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru