Gedənlərin siyahısına daha bir məmur əlavə olundu - Arzu Rəhimov

25-11-2015, 21:02           
Gedənlərin siyahısına daha bir məmur əlavə olundu - Arzu Rəhimov
Elə bu dəqiqələrdə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, yaxın vaxtlara nəzərdə tutulan kadr islahatları zamanı "vurulacaq" məmurlar sırasında ilk yerdə gələnlərdən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdur.

Mənbə dia.az-a bildirir ki, həddən-ziyadə intriqabaz fiqur kimi xarakterizə olunan Arzu Rəhimovun adı bu günə qəıdər bir çox qalmaqallı olaylarda hallansa da, əsas hədəfə çevrilməkdən yayına bilmişdi.

Mənbə danışır: "Amma indi situasiya kifayət qədər dəyişib. Və Arzu Rəhimovdan yığdığı milyonların hesabını sorma zamanı çatıb. Bir dəfə yaxasını qurtara bildi. Gecə ikən aldığı rüşvətləri geri qaytardı. Bu dəfə isə vəziyyət tamam fərqlidir.

Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycana səfərbərlik sistemində nəinki naşı birisi lazım deyil, əksinə bu strateji sahəyə rəhbərlik edən şəxs həm peşəkar olmalıdır və həm də vətənsevər. Arzu Rəhimov isə bu günə kimi işinin mahiyyətini anlamayan birisi kimi tanındı. Onun "vətənsevərliyi" isə bahalı villalarından, bahalı həyatından görünür".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.