Kərəm Həsənov metallurgiya sənayesini çökdürüb - statistika

26-11-2015, 12:20           
Kərəm Həsənov metallurgiya sənayesini çökdürüb - statistika
Bir neçə gün öncə Dövlət Statistika Komitəsinin açıqlama yaydı ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda polad ərinti istehsalı 9,9% azalaraq 234,2 min ton təşkil edib. Deyilən dövrdə 184,4 min ton tikinti armaturu istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 5,6% azdır. Polad boru prokatı da (29,8 min ton, -1,6%) azalıb.

Bu rəsmi rəqəmlər də göstərir ki, son dövrlər qara metallurgiyada azalma il-ildən davam edir və bunun başlıca səbəbi ölkədə sahibkarlara qarşı edilən təzyiqlərdir. Fakt budur ki, sovet dövründən sonra işini dayandırmış, heç kimin yaxın getmədiyi “Bakı Poladəritmə” zavodu Zülfüqarlı qardaşları tərəfindən yenidən qurulduqdan sonra bu sahədə irəliləyiş yaranmış, sənayenin bu bölümündə bazar canlanmış, rəqabət nəticəsində yeni müəssisələr qurulmuş, qara metallurgiya sənayesi güclənmişdi.

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun və “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun əli ilə “Bakı Poladəritmə” zavodunun quldurluq yolu ilə Zülfüqarlı qardaşlarından alınması isə həmin inkişafın qarşısını aldı. Ən acı nəticələrdən biri odur ki, hazırda “Bakı Poladəritmə” ASC tamamilə fəaliyyətini tamamilə dayandırıb. 500-dən çox insanın çalışdığı bu böyük zavod heç bir məhsul istehsal etmir. Rasim Məmmədov nisbətən kiçik istehsala sahib müəssisələrə də hücum etmiş, onların da işinə əngəl törətmiş, qara metallurgiya məhsullarının istehsalı sahəsini çökdürmüşdür. Bütün bunlar öz mənfi nəticəsini vermiş və artıq Dövlət Statistika Komitəsinin qara metallurgiyada azalma ilə bağlı hesabatlar yaymasına gətirib çıxartmışdır. Yəni məmurlar və onların himayə etdiyi adamların cinayətkar əməlləri ölkə miqyasında ziyana səbəb olmuşdur.

Ardıcıl şikayətlərə baxmayaraq, indiyə qədər Kərəm Həsənovdan və Rasim Məmmədovdan qanunsuz əməlləri ilə bağlı cavabdehlik sorulmamış, onlarla bağlı qanuni ölçü götürülməmiş, onların özbaşınalıqlarına hüquqi qiymət verilməmişdir.

Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladəritmə” və “Elektorştamp” zavodlarının kollektivi bir daha bəyan edir ki, qanunsuz alınmış zavodlar öz sahiblərinə geri qaytarılsa, onların fəaliyyəti bərpa olunacaq, iş yerlərinin sayı və istehsal ən yüksək həddə çatdıracaq, qara metallurgiyada azalmanın qarşısını almağa təsirli töhfə verəcəyik.

Ramiz Əhmədov,
“Bakı Elektroştamp” zavodunun icraçı direktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.