MTN-nin qadın generalı haqda məhkəmə qərarı

26-11-2015, 13:22           
MTN-nin qadın generalı haqda məhkəmə qərarı
Dünən Baş Prokurorluğun yaydığı məlumatda Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinə görə nazirliyin 19 vəzifəli əməkdaşının həbs edildiyi bildirilirdi. Bundan başqa MTN-in yüksək vəzifə tutmuş 1 əməkdaşı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

teref.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən şəxs MTN-nin Əməliyyat Texniki idarəsinin keçmiş rəisi, Azərbaycanın yeganə qadın generalı olan Natavan Mürvətovadır.

Qeyd edək ki, MTN işi ilə əlaqədar nazirliyin istintaqdan yayınan 1 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru