Mir Şahin: Biz bunu ləzzətlə edirdik - VİDEO

26-11-2015, 13:25           
Mir Şahin: Biz bunu ləzzətlə edirdik - VİDEO
Bu gün Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil telekanalı olan ANS-in 24 yaşı tamam olur.

1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev ANS-in 24 yaşı münasibətilə "Salam, Azərbaycan"ın qonağı olub və televiziyanın yaradıcıları Vahid və Seyfulla Mustafayevləri, Azərbaycan tamaşaçılarını və bütün işçiləri təbrik edib.

"ANS-in ən çətin dövrü hansı idi?" sualına Mirşahin Ağayev belə cavab verib:

“Mütəqilliyi qorunmaq çox çətin bir məsələdir. Dövlət müstəqilliyi qazanır. Müstəqilliyi qazanmaq ilk baxışda o qədər də çətin deyil, amma onu qoruyub, saxlamaq çox çətindir. Bu gün Azərbaycan dövləti hər gün bu müstəqilliyi qoruyur. Bunu ANS-də şamil etmək olar. Çünki, ANS-də hər gün öz müstəqilliyini qoruyur. Biz hər gün öz müstəqilliyimizi qoruyuruqsa, deməli bizim üçün elə hər gün də çətindi. Müstəqilliyi qorumaq, qazanmaqdan qat-qat çətindir”.

Əməkdar jurnalist bir daha qeyd etdi ki, insanların yaratdıqlarının ömrü artıqca, onu yaradanların ömrü qısalır:

“Mən xatırlayıram 1991-ci il, noyabr ayının bu günlərini. Yadımdadır bizim birinci çəkilişlərimiz parlamentin foyesində idi. Vahid və Seyfulla Mustafayevlər və mən idim. İlk dəfə idi ki, televizyaya çıxmağa hazırlaşırdım. Mənim üçün o vaxt problemlər var idi. Asan danışmırdım, bəzi hərflərlə problemlərim var idi. Amma onlar soyuqqanlılıqla mənə bunu başa salırdılar. İkinci məsələ isə ondan ibarət idi ki, bizim oturduğumuz yerdən deputatlar çox gəlib keçirdi. Onlar gələndə məcbur olurduq ki, çəkilişi saxlayaq. Beləliklə mənim çıxışım uzanırdı. Çəkiliş zamanı 20-yə yaxın insan gözləyirdi ki, bu niyə cümlələri deyə bilmir, çıxışını yekunlaşdırmır? Onda indiki kimi çətin sözlər və ya cümlələr demirdim. Sadə cümlələr demək istəyirdim, o da alınmırdı. İlk efir vaxtımız 7-8 dəqiqə idi. Axrıncı cümləm səhv etmirəmsə, hanısısa xarici ölkədə delfinlərin QİÇS xəstəliyinə yoluxması idi. 1991-dən bu yana hesablayanda ANS-in tamaşaçılarım arasında kimlər var idi: Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Nəsibə Zeynalova və başqaları. Əsas etibar və etimaddır. Mən bugün qürur hissi ilə bunu sizinlə bölürəm ki, Azərbaycan tamaşaçısının 24 il bundan qabaq da, ən etimad göstərdiyi kanal biz idik. Bugündə tamaşaçıların etimad göstərdiyi iki kanal varsa, ondan biri mütləq ANS-dir”.

Mir şahin bu gün informasiya almağın çətinliyindəndə danışıb. Onun sözlərinə görə, bu zaman baxır nə ilə müqayisə edirsiz. Elə yerlər var ki, informasiyanı almaq asan olmalı idi, amma çox təəssüf ki, asan deyil. Elə informasiyalarda var ki, onları bu gün əldə etmək çox çətin olmalı idi, amma asandır.

"Məsələn, biz 1991 və 92-nin əvvəllərində, fəaliyyət göstərəndə ölkədə sovet ənənələri var idi. Bizim qanunlarımız sovet qanunları ilə müəyyənləşdirilirdi. İlk dəfə “Dalğa” proqramı ilə efirə çıxdıq. Yadımdadır, Vahid Mustafayevlə mağazaların birində apardığımız müsahibədə sullardan biri “Azərbaycan sovet bayrağının qiymətinin neçə olması” idi. Bu bizim üçün çox inqilabi bir addım idi. Çünki, biz Azərbaycan xalqına sovet bayrağının qiymətinin nə qədər ucuz olduğunu çatdırırdıq. Biz bunu ləzzətlə edirdik. Çünki, içimizdə müstəqilliyə cəhd yanğısı var idi və buna doğru da gedirdik. O zamanlar Azərbaycan bayrağının ucuz olduğunun demək bizdən cəsarət tələb edirdi. O vaxt Qarabağda fəal döyüş hərəkətləri gedirdi. Həftənin 3,4 günü Vahid və Seyfulla Mustafayevlər və mən bir sıralarda cəbhəyə gedirdik. Həftənin əvvəlini orada olurduq, 4-cü gün Bakıya gəlirdik, 4, 5 və 6-cı gün gecə verliş hazırlayır, montaj edirdik. Çünki bizə gündüz vaxt vermirdilər. O vaxt dövlət məmurları ilə işləmək daha asan olurdu. Onların bir qrupunda “toxunulmazlıq sindiromu” yaranmamışdır. Onlarla söhbət etmək, hətta onlara əldə vurmuq olurdu”.

Aparıcının “Deyirdiz ki, jurnalist olmur, jurnalist doğulur. Bəs indi necə jurnalist olan çoxdur, yoxsa jurnalist doğulan” sualını cavabı da özünəməxsus olub.

“O sözü deyəndə mən xeyli cavan olmuşam və indi başa düşürəm ki, jurnalist nə doğulur, nə də olur. Jurnalist axıra qədər jurnalist ola bilmir. Ona görə ki, onun üçün tam hədd yoxdur ki, bu gün tam jurnalistəm deyə. Jurnalistin peşəkarı olur və qeyri-peşəkarı. Bugün Azərbaycanda qeyri-peşəkarlar çoxdur. Bunun üçün də Aəzrbaycan tamaşaçılarının çox böyük problemi var. İlk növbədə Azərbaycan tamaşaçısı Azərbaycan dövlətinin vətəndaşıdır. Azərbaycanın vətəndaşı birinci növbədə Azərbaycanın ali insanıdır. Televizyada çox görünmək bizi yalnız tanıtdırır, dəyişmir. Bu baxımdan da Azərbaycan televizyasından real olmayanları istəmək və tamaşaçının boynuna qoymaq ki, tamaşaçı istəyir – bu düzgün deyil. Mən düşünürəm ki, əsas odur ki, biz dəyişmədik, tamaşaçı dəyişdi. Tamaşaçını dəyişməkdə bizim arzumuz idi ki, onları səmimi bir tamaşaçıya çevirək və biz bunu bacardıq. İndi Azərbaycan tamaşaçısı efirdən öz yaxınlarına salam göndərir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.