Aqil Abbas: “Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib”

21-12-2019, 20:54           
Aqil Abbas: “Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib”
Deputat Aqil Abbas bölgələrdəki çoxsaylı olimpiya idman komplekslərinin istifadəsi ilə bağlı narazılığını bildirib.



Teref.az-ın xəbərinə görə, bir gün əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən ilin ən yaxşı idmançıları və idman xadimlərini mükafatlandırma mərasimində çıxış edib.



"Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib. Qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, təklif edirəm ki, hər icra başçısı bölgənin ölkə üçün inkişafına dair idmançılara bir plan hazırlasın. Əvvəllər pambıq yığmaq üçün plan hazırlanırdısa, indi belə planlardan idmançılar üçün də hazırlanmalıdır", - A. Abbas əlavə edib.



Qeyd edək ki, zalda ön cərgədə oturan idman nazirinin müavini İsmayıl İsmayılov deputata etiraz etməyə çalışıb.Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru