Vahid Əhmədovla Eldar Quliyev də seçkilərə qatıldı – SİYAHI
24-12-2019, 16:46
Daha bir bitərəf millət vəkili 9 fevral 2020-ci il parlament seçkilərində iştirak etmək üçün namizədliyini verib.
Etikxeber.az-ın əldə etdiyi məlumata görə, sabiq birinci vitse-premyer Vahid Əhmədov yenidən 52 saylı Quba seçki dairəsindən seçkilərə qatılıb.
V. Əhmədov artıq imzatoplama kampaniyasına da start verib.
Qeyd edək ki, V. Əhmədov artıq 6-cı dəfədir seçkilərə qatılır.
O, ilk dəfə 1990-95-ci illərdə deputat, keçmiş Ali Sovetin üzvü olub və 43 “İstiqlalçı” millət vəkilindən biridir.
V. Əhmədov 1995-ci ildə ilk çağırış Milli Məclisə (MM) seçkilərdə iştirak etsə də, parlamentə düşə bilməyib.
2005-ci ildə “YES” blokunun üzvü kimi 3-cü çağırış seçkilərə qatılan V. Əhmədov ikinci dəfə millət vəkilib və son 3 çağırış MM-in üzvü olub.
O, bu illər ərzində Quba rayonunu parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.
V. Əhmədov bu dəfə də öz bölgəsindən (dairəsindən) seçkilərə qatılıb.
Bununla da seçkilərə yenidən qatıldığı məlum olan bitərər millət vəkillərinin sayı 15-ə çatıb.
Yəni, hazırda MM-in üzvü olan 36 bitərəf deputatdan seçkilərə qatılan millət vəkilləri bunlarır:
Fəttah Heydərov,
Azay Qulyev,
Hacı Madər Musayev
Adil Əliyev,
Ziyad Səmədzadə,
Ülvi Quliyev,
Vahid Əhmədov,
Zahid Oruc
Çingiz Qənizadə,
Azər Kərimli,
Rüfət Quliyev,
Novruz Aslanov,
Kamran Nəbizadə,
Əflatun Amaşov və hələlik adını açıqlamaq istəmədiyimiz digər xanım (Şimal-Qərb bölgəsindən) millət vəkili…
Seçkilərə qatılmayacaq bitərəflərə gəlincə isə bunlardır:
Flora Qasımova,
Elmira Axundova,
Mahir Aslanov,
Elxan Süleymanov…
***
Bitərəf deputatlardan daha birinin seçkilərə qatıldığı məlum olub.
Bu, son 4 çağırış MM-in üzvü olan professor, parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevdir.
O, 5-ci dəfə şansını sınamaq qərarı verib.
E. Quliyev bu dəfə də 28 saylı Sabunçu III dairəsindən seçkilərə qatılıb və beləliklə, seçkilərə qatılan deputatların sayı 16-ya çatıb.
***
Son məlumata görə, bitərəflərdən namizədliyini verənlər arasında millət vəkili Səttat Möhbalıyev də var.
Qeyd edək ki, bir çox YAP-çılar onun da seçkilərə qatılmayacağını, ailəsinə yaxın şəxslərdən birinin onunla əvəz olunacağını qeyd edirdilər.
Amma bu məlumat-proqnoz özünü doğrultmayıb, S. Möhbalıyev də yenidən öz dairəsindən namizədliyini irəli sürüb.
Onu da qeyd edək ki, Həmkarlar Konfederasiyasının (AHİK) prezidenti olan S. Möhbalıyev 5-ci dəfə seçkilərə qatılır, o, bugünədək 4 çağırış MM-in üzvü olub.
***
Hələlik adını açıqlamaq istəmədiyimiz daha bir tanınmış bitərəf millət vəkili namizədliyini irəli sürüb.
O, yenə öz dairəsindən (rayondan) namizədliyini verib.
Qeyd edək ki, son 2 çağırış MM-in üzvü olan millət vəkili 3-cü dəfə seçkilərə qatılır.
Bununla da, 36 bitərəf deputatdan seçkilərə qatılan millət vəkillərinin sayı 18-ə çatıb.