Prezident İlham Əliyev “OPEK+” sazişinin müddətinin uzadılmasını məqsədəuyğun sayır

28-01-2020, 00:03           
Prezident İlham Əliyev “OPEK+” sazişinin müddətinin uzadılmasını məqsədəuyğun sayır
“OPEK+” sazişinin müddətinin uzadılması məsələsi ən yaxın vaxtlarda müzakirə ediləcək...

PİA.az-ın məlumatına görə, bu barədə "Rossiya 24" telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı müddətin uzadılmasının məqsədəuyğun olduğunu qeyd edib.

"Hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var", - deyə Prezident İlham Əliyev söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru