Düşmən Laçında daha iki SES-in tikintisinə başladı...-FOTOLAR

29-01-2020, 10:36           
Düşmən Laçında daha iki SES-in tikintisinə başladı...-FOTOLAR
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində, suyu tamamilə azalmaqda olan Tərtər çayı üzərində yeni kiçik su elektrik stansiyasının tikintisinə etiraz olaraq iki erməni fəalın aclıq etməsinə rəğmən separatçı rejim daha iki çayımız üzərində SES tikintisinə başlayıb.

Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə erməni istifadəçilər məlumat yayıb.

Məlumata görə, 28-ci ildir işğal altında qalan Laçın rayonundakı Hoçaz və Həkəri çayları üzərindəki yeni kiçik SES-lərin tikintisi sürətlə davam edir.

O da məlum olub ki, Kəlbəcərdə SES-in tikintisinə etirazən ilk olaraq aclığa başlamış və artıq 9-cu gündür aclığa davam edən politoloq Aleksandr Kananyanın səhhəti pisləşib.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru