Neft gəlirlərimiz nəyə yatırılıb - fond açıqladı

29-02-2020, 09:39           
Neft gəlirlərimiz nəyə yatırılıb - fond açıqladı
2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliliyi 5,29 faiz olub. Bu, fondun tarixində ən yüksək gəlirlilikdir.

Musavat.com fonda istinadən xəbər verir ki, 2018-ci ildə Neft Fondunun investisiya portfelində son on ildə ən aşağı gəlirlilik qeydə alınmışdı - cəmi 0,35 faiz.

2019-cu ildə investisiya altportfelləri üzrə ən yüksək gəlir səviyyısi səhmlərdə qeydə alınıb - 21,5 faiz. 2018-ci ili bu altportfel 6,6 faiz zərərlə başa vurmuşdu. Ötən il daşınmaz əmlakdan gəlirlilik 7,4 faiz, istiqraz və pul bazarı alətləri üzrə isə 3 faiz olub.

Ötən il səhm alt portfelinin 2019-cu il üzrə gəlirlilikdə payı 2,67 faiz, istiqrazların 2,21 faiz, daşınmaz əmlak altportfelininki isə 0,4 faiz olub.

2019-cu ildə Neft Fondunun investisiya portfelinin 56,6 faizi ABŞ dolları, 31,4 faizi avro, 5,1 faizi ingilis funt sterlinqi, 1,5 faizi yapon yeni, 1,2 faizi Çin yuanı, 0,8 faizi Türkiyə lirəsi, 0,8 faizi Rusiya rublu, 0,6 faizi Avstraliya dolları, 0,5 faizi Koreya vonu və 1,5 faizi digər valyutalarda saxlanıb. Fondun aktivlərində həmçinin 60 milyon dəyərində Azərbaycan manatı olub.

Fondun ABŞ dolları portfelinin 4,930 milyard dollarlıq hissəsini (11,4 faiz) qızıl investisiyaları təşkil edir. Hazırda qurumun 101,2 ton qızılı var.

İnvestisiya portfelinin 33,8 faizi Avropaya, 33,76 faizi Asiya-Sakit Okean regionu, 24,9 faizi Şimali Amerikaya, 2,04 faizi Avstraliya/Yeni Zelandiya, 0,71 faizi Yaxın Şərq, 0,05 faizi Latın Amerikaya, 4,73 faizi isə beynəlxalq təşkilatlara investisiya edilib. ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsündə 68,7 faizi istiqrazlar və pul bazarı alətləri, 14,1 faizi səhmlər, 5,8 faizi daşınmaz əmlak, 11,4 faizi isə qızıla investisiyalar olub.

Kredit reytinqi üzrə bölgüdə Cənub Qaz Dəhlizi QSC-yə, SOCAR və Beynəlxalq Bankın istiqrazlarına yatırılan investisiya çıxıldıqdan sonra yerdə qalan aktivlərin 42,8 faizi AAA reytinqli, 29 faizi A, 16,3 faizi AA, 10,5 faizi BBB kredit reytinqli, yalnız 1,4 faizi qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-nə fondun aktivləri 43 milyard 323,3 milyon təşkil edib.

DÜNYA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.