Vacib addım: Sərhəddə yeni məntəqələr yaradılacaq - Agentlik rəhbəri

2-03-2020, 10:12           
Vacib addım: Sərhəddə yeni məntəqələr yaradılacaq -
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarında səfər edib.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb.

Görüşlərdə Azərbaycanın bu ölkədəki səfirliklərinin nümayəndələri də iştirak ediblər.

AQTA-nın sədr müavini R. Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, son illər ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib: "İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələri yaradılacaq. AQTA bu sahədə olan beynəlxalq təcrübəni sərhəd keçid məntəqələrində tətbiq edəcək".

Görüşlərdə qida təhlükəsizliyi məntəqələrinin yaradılması təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın inkişaf perespektivlərindən danışılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnus hava limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu istiqamətdə təcrübəsi ilə yerində tanış olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru