Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

25-03-2020, 08:09           
Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 834,0 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3407,6 manat, qeyri neft-qaz sektorunda 653,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 608,5 manat, özəl müəssisələrdə isə 845,4 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru