Fonda ən çox və... cəmi 1 manat köçürən şirkətlər – Siyahı

25-03-2020, 08:41           
Fonda ən çox və... cəmi 1 manat köçürən şirkətlər – Siyahı
Prezident İlham Əliyevin sərəncamı ilə 19 martda yaradılan və bir gün sonra hesabları açılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna artıq 78 milyon 764 min 611 manat pul toplanıb.

Axar.az xəbər verir ki, Prezidentin sərəncamı ilə Prezidentin ehtiyat fondundan 20 milyon ilkin olaraq ayrıldığını nəzərə alsaq, 4 gün ərzində 59 milyona yaxın vəsaitin köçürüldüyü üzə çıxır.

İanə edənlərin 569-u hüquqi, 472-si isə fiziki şəxsdir.

Hüquqi şəxslər içində ən yüksək ianə Azərbaycan Beynəlxalq Bankı, Azercell Telekom, Az-Granata LLG, Paşa Holdinq, UGE Middle East Development MMC aiddir – hər biri 2 milyon manat köçürüb.

Maraqlıdır ki, iki şirkət - Hayat Motors MMC və Tac Gold MMC – hər biri cəmi 1 manat ianə ilə ən az ianə edənlər sırasına liderlik edirlər.

Fiziki şəxslər içərisində ən yüksək məbləğ isə İlham Əliyev (Prezident bir illik əmək haqqını bağışlayıb – 126,900), Mehriban xanım Əliyeva (Birinci vitse-prezident də bir illik əmək haqqını ianə edib – 101.700) və Müşfiq İsgəndər oğlu Həsənovdur (180 min).

Azərbaycanlı məşhur iş adamı Qod Nisanovun adından isə 2 milyon köçürülüb (Qeyd edək ki, İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Fonda 2 milyon pul köçürəcəklərini açıqlamışdılar. Görünür, Qod Nisanov hər 3 şəxsin adından köçürmə edib).

Bir neçə vətəndaşımız isə 1 və 5 manat arasında ianələr edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.