Biləcəridə bir avtobus dayanacağında ölüm – Nazirlik açıqlama verdi ...ŞOK Videolar

25-03-2020, 09:50           
Biləcəridə bir avtobus dayanacağında  ölüm –
Azərbaycan koronavirus bəlasına mübtəla olan məmləkətlərdəndir. Bunu istəsək də, istəməsək də qəbul etmək məcbiriyyətindəyik. Əslində Operativ Qərargahın “evdə oturun” kampaniyasına qərar verməsi və insanlarımızın hərəkət azadlığını rəsmən məhdudlaşdırması da bu zərurətdən doğur.

Nə yazıq ki, bir çoxlarımız “mənə heç nə olmaz” düşüncəsiylə bu qaydalara əməl etmir, təkcə özümüzü deyil, ətrafımızı da təhlükələrlə üz-üzə qoyuruq. Koronavirus isə öz son missiyasını yerinə yetirməkdən geri qalmır, bizim “Allahın bacısı oğlu” olduğumuza baxmır.

Aşağıda təqdim etdiyimiz videolarda avtobus dayanacağının yanında yıxılıb ölən bu vətəndaş da, yəqin ki, evdən çıxanda “mənə heç nə olmaz” xülyaları içində idi. Ölüm isə onu Biləcəridə bir avtobus dayancağında yaxaladı. Vətəndaşın köməyinə gələn təcili yardım maşınının isə edə biləcəyi bir şey qalmışdı - mərhumu tabuta yerləşdirib əbədi yolçuluğuna uğurlamaq.

Mərhumun avtobus dayanacağında həyatını itirməsi onun ictimai nəqliyyat vasitəsindən istifadə etdiyini göstərir. Bu isə həm də o deməkdir ki, mərhum “mənə heç nə olmaz” düşüncəsiylə evdən çıxan özü kimi xeyli vətəndaşı da (əgər koronovirusdursa T.az)koronavirusa yoluxdurub.Təbii əgər onda "koronovirus" tapılsa.(Teref.az)

Tanrı ruhunu şad etsin!
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Teref.az-a verilən məlumata görə, bu gün Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəfildən pisləşib. Ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Araşdıralar nəticəsində dünyasını dəyişən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi və onun ölümünə də bu xəstəliklərin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Biləcəri qəsəbəsi ərazisində küçədə ölən şəxsin xüsusi geyimli şəxslər tərəfindən meyitinin aparılmasını əks etdirən görüntülər yayılıb.
Teref.z












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.