Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi –Spikerdən sərəncam

26-03-2020, 00:00           
Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi –Spikerdən sərəncam
Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.

Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.