Azərbaycanda koronavirusa yoluxmuş daha 5 nəfər sağaldı - RƏSMİ

26-03-2020, 17:31           
Azərbaycanda koronavirusa yoluxmuş daha 5 nəfər sağaldı - RƏSMİ
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş beş nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizimxeber.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 122 nəfər virusa yoluxub. Bunlardan 3 nəfər ölüb, 15 nəfər sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalara 104 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru