"Bizim A, B, C, D, E planlarımız var idi"

29-03-2020, 21:17           
"Bizim A, B, C, D, E planlarımız var idi"
"Bəzi ölkələrdə artıq çeşidləmə prosesinə başlayıblar, çox ağır xəstələri qəbul etmək istəmirlər. Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın"

"COVİD-19 təkcə sərhədyanı bölgələrdə deyil, digər regionlarda da aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: "Bizim A, B, C, D, E planlarımız var idi. İstəyirik ki, planımızın sonunu indidən tam hazır edək ki, heç bir problemlə rastlaşmayaq və müalicə müəssisələrimizin resursları koronavirusla mübarizəyə kifayət etsin. Çünki səhiyyəsi ən inkişaf etmiş ölkələrin xəstəxanalarında belə yataq sayı kifayət etmir. O ölkələrin səhiyyəsi tamamilə iflic vəziyyətdə qalır. Hətta artıq çeşidləmə prosesinə başlayıblar və çox ağır xəstələri qəbul etmək istəmirlər. Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın. Məhz buna görə də ölkə rəhbərinin diqqət və qayğısı müalicə müəssisələrinin imkanlarının genişləndirilməsinə yönəlib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru