Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu - FOTOFAKT

9-06-2020, 16:05           
Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu - FOTOFAKT
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmovla bağlı diqqətçəkən məsələ ortaya çıxıb.

19 il (1999-2018) Azərbaycanın ən böyük təhsil müəssisələrindən biri olan BDU-ya rəhbərlik etmiş şəxsin dilimizin orfoqrafiya qaydalarını bilmədiyi məlum olub. Belə ki, Məhərrəmov “Whatsapp” statusunda orfoqrafik səhvlərə yol verib. 27 noyabr 2019-cu il tarixli statusda “Gosderdiyiniz diqqet ucun cox sagolun” yazılıb. Şrift nöqsanını bir kənara qoysaq, 4 sözdən ibarət cümlədə iki sözdə orfoqrafik səhvə yol verdiyini görə bilərik. 19 il rektor olmuş, 50 dərslik və xeyli başqa kitablar yazmış A.Məhərrəmov “Göstərdiyiniz” və “çox sağ olun” sözlərini düzgün yazmayıb.

Məlumat üçün bildirək ki, status Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamından sonra yazılıb.

Belə ki, ölkə başçısının 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Akademik sərəncamla bağlı gələn təbriklərə “Whatsapp” statusunda təşəkkür edib. /Bakupost













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru