Hüquqi şəxsin yenidən təşkilinin qadağan edilməsinə dair məhkəmə qərarı dərhal aidiyyəti orqana göndəriləcək - SƏRƏNCAM

9-06-2020, 17:46           
Hüquqi şəxsin yenidən təşkilinin qadağan edilməsinə dair məhkəmə qərarı dərhal aidiyyəti orqana göndəriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev "Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, qanuna əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 487-5.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.