Ermənilər mülkı obyektlərın arxasında gizlənir - Onlar terroristlərə xas üsuldan istifadə edirlər

17-07-2020, 00:01           
Ermənilər mülkı obyektlərın arxasında gizlənir -
Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir, terrorçulara xas metoddan istifadə edirlər” . Mətbuat konfranslnda çıxışı zamanı Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, mülki əhalinin arxasında gizlənən ermənilər Tovuz istiqamətində Azərbaycanın mülki obyektlərinə zərbə endirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov isə Prezidentin çıxışından sonra hərbi qeydiyyata alınan gənclərdən danışıb.

İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir. Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır. Beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq məlumatlar, notalar təqdim olunub. BMT baş katibinə də məlumat verilib. Qoşulmama Hərəkatı çərçivəsində də üzv dövlətlərə məlumat verilməsi üçün xüsusi sessiya çağırılıb .Bu gün ATƏT Daimi Şurasının iclası keçirilir. İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub.

ATƏT in Minsk qrupunun həmsədrləri tərəfindən də mövqe ifadə olunmuşdu. Məqsədyönlü törədilmişdi.ATƏT in mİNSK qrupu da buna layiqli cavab verməlidirlər.Ermənistanın bu hərəkətlərini psləyən mövqedə olmalıdırlar. Biz yenə ümumi açıqlamalar görürük.Artıq yetər.Artıq 30 ildi danışıqlar gedir.Bu danışıqların bir faydası yoxdu. Ermənistan müxtəlif bəhalərdən çıxış edir.Aprel döyüşlərindən sonra müxtəlif bəhalərlə onlar danışıqları uzatdılar.

Hikmət Hacıyev onu da bildirib ki, Ermənilər öz mövqelərini mülki yaşayış sahələrində yerləşdiriblər. Onlar həmin ərazilərdən atəş açaraq Azərbaycanı mülki obyektlərə atəş açmaqda günahlandırırlar. Onlar terroristlərə xas bir üsuldan istifadə edir, mülki obyektlərin arxasında gizlənərək Azərbaycanı ittiham edirlər. Azərbaycan Ordusunun stratrgiyasında isə belə bir taktika yoxdur.

atv.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.