"Ötən ilin büdcəsinə 1 manat ödəyib əvəzində 11 manat götürən 5 iri vergi ödəyicisi"- Qubad İbadoğlu
22-07-2020, 08:44
!["Ötən ilin büdcəsinə 1 manat ödəyib əvəzində 11 manat götürən 5 iri vergi ödəyicisi"-](/uploads/posts/2020-07/1595393141_1.jpg)
Teref.az yazır ki, itisadçı ekspert Qubad İbadoğlunun məqaləsi bu fikirlə başlayır, ötən ilin büdcəsinə 1 manat ödəyib əvəzində 11 manat götürən 5 iri vergi ödəyicisi ( “Azəriqaz” ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları“ QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC) tərəfindən birlikdə 184,9 milyon manat ödəniş müqabilində büdcədən 2 milyard 45 milyon manat əldə ediblər. Buna şərait yaradan hökümət hazırda pandemiya ilə mübarizə planı çərçivəsində sosial təminat üzrə dəstək üçün nəzərdə tutduğu 309 milyon manatın yalnız 244 milyon manatını birdəfəlik yardım proqramı çərçivəsində xərclənib.
Teref.az yazır ki, daha sonra Qubad İbadoğlu qeyd edir, bu məbləğin 229 milyon manatı 600 min şəxsə aprel-may ayları ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi, həmçinin 15 milyon manatı işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xərclənib. Yerdə qalan 65 milyon manatın (309 milyon manat - 244 milyon manat) 55 milyon manatı da iyun ayı ərzində 287 min nəfərə 190 manat birdəfəlik ödəmənin verilməsinə sərf edilib. Hazırda sosial təminata dəstək məqsədilə ayrılan vəsaitin 10 milyon manatı xərclənməmiş qalıb. Belə olan halda hökümət bu məbləğə 45 milyon manat da əlavə etməklə iyul ayı üçün də 190 manat birdəfəlik ödəməni sərt karantin rejimində olan şəhər və rayonların əhalisinə verə bilərdi. Məncə bu hökümət üçün prioritet olanı onun korrupsiyalaşmış şirkətləridir, çünki, ordan pul oğurlamaq mümkündür, ona görə də onlara səxavətlə pul ayrılır, əhaliyə gələndə isə xəsislik edilir.
Bəs sizcə, iri vergi ödəyicilərinin israfçılığına göz yumduqlarına görə 1 milyard 860 milyon manatı itirən hökümət əhaliyə 190 manat birdəfəlik yarım verməkdən nədən imtina edir və bununla nəyə nail olmaq istəyir?
Teref.az