"Jurnalist özü qazanıb, özü-özünü dolandırmasa ya gizli sponsorlardan, ya da ...."

22-07-2020, 23:48           
"Jurnalist özü qazanıb, özü-özünü dolandırmasa ya gizli sponsorlardan, ya da ...."
Teref.az xəbər verir ki, ReAl -ın funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli yazır, jurnalist hökumətin əlinə baxan dəqiqədən artıq obyektivliyi itir. Normal ölkələrdə hökumət jurnalistlərə ev, maddi təminat versə, bu böyük skandal olar – bizim başıbəlalı məmkətədə isə bu məsələyə də normal baxılır. Jurnalist özü qazanıb, özü-özünü dolandırmasa ya gizli sponsorlardan, ya da hökumətdən asılı vəziyyətə düşür.

MDB üzrə bəzi ölkələrdə jurnalistlərin orta əmək haqqı:

Rusiya – 500 dollar, Qazaxstan – 367 dollar, Ukrayna – 381 dollar, Belorus – 387 dollar.

Bəzi dünya ölkələrində:

Böyük Britaniya – 7000 funt, Almaniya – 3706 avro, Fransa – 3550 avro, Çexiya – 1100 dollar, İndoneziya – 440 dollar.

Təbii ki, söhbət orta aylıq maaşdan gedir, amma, məsələn, BBC-nin “Top Gear” şousunun aparıcısı Jeremy Clarkson ilə 14 mln. funt qazanırdı.

Teref.az xəbər verir ki, Natiq Cəfərli axırda yazır, bizdə jurnalistlərin rəsmi maaşları nə qədərdir? Bir yazıya görə nə qədər qonorar alırlar? Redaktorların qazancı nə qədərdir? Bütün bu sualların cavabı yoxdur. İqtisadiyyat inhisarçılıq, məmur “kapitalizmi” üzərində qurulubsa, reklam bazarı dardırsa, jurnalistika da inkişaf edə bilməz. Bunlar bir-birə bağlı məsələlərdir, az qazanan jurnalistlər isə hökumət üçün asan “yem” olurlar. Bəzi azsaylı ideolist jurnalistlərimiz var – bütün ağırlıq onların üzərinə düşür. Amma ictimai sektorda əlinə hər kamera, telefon alana da gərək jurnalist deməyək, çünki, böyük əksəriyyətinin peşəkarlıq səviyyəsi, yumşaq desəm, çox aşağıdır. Yəni, bu eybəcər sistemdə ayrıca jurnalistika normal ola bilməzdi, necə ki, ola bilmədi, ona görə də jurnalistlərdə günah yoxdur, onlara yüklənməyi doğru saymıram, sistem zaydır...

P.S. Puldan söz düşmüşkən, dünyanın ən varlı adamı Jeff Bezos iki gün əvvəl gün ərzində 13 mlrd. dollar daha varlı oldu – ümumi varidatı 189 mlrd. dollar çatdı. Adam istəsə dünyada 1 mlrd. 691 mln. 52 min nəfərə 1 ay 190 manat pul verər, və ya, 15 il Azərbaycanı tək saxlayar – pulu bizim 15 illik büdcəmizə bərabərdir...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.