Azərbaycanda məmurlara baxanda isə düşünmək olar ki, dünyada ilk dəfə virusun online, internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər- "Azərqaz!-ın baş direktoru... FOTO
27-07-2020, 19:05
Azərbaycanda maska taxanların bəzilərinə baxanda düşünmək olar ki, ölkədə virus ya çənənin altından, ya da dirsəkdən keçir - əsasən bədənin bu nahiyyələrinə maska taxırlar. Məmurlara baxanda isə düşünmək olar ki, dünyada ilk dəfə virusun online, internet üzərindən yayılma ehtimalını bizimkilər kəşf ediblər. Teref.az yazır ki, iqtisadçı ekspert Natiq Cəfərli replikasını belə başlayır. Yəqin AMEA-nın son araşdırmaları bu yöndə elmi sübutlar toplayıb və əruz vəznində, “sosialist realizmi” üslubunda şeirlər şəklində yayıblar, bizim isə xəbərimiz yoxdur... Teref.az