Azərbaycan mətbuatı Əmrah Fəqanoğlundan çox-çox əvvəl ölüb...
29-07-2020, 00:01
Tanınmış jurnalist vəfat edir, saytlar bu barədə xəbər yayır.
Sonra təlimat gəlir ki, xəbəri çıxarın. Media rəhbərlərimiz deyə bilmirlər ki, "filankəs müəllim, axı bu adam bizim şəxsən tanıdığımız həmkarımızdır, quruca xəbərdir, bəlkə qalsın?.." (Ola bilər, bəziləri qısıq səslə də olsa, deməyə çalışır, amma eşidilmir.)
Bu fakt mediamızın durumu ilə bağlı soyuq gerçəkləri bir daha üzümüzə vurdu. Göstərdi ki, cəmi dördcə gün əvvəl orden-medal, fəxri ad yağışına tutulan mətbuatın yuxarıların nəzərində gerçək dəyəri əslində nədir. Bu mətbuat öz tanınmış simalarından birinin virusdan ölməsi xəbərini senzuradan xilas edə bilməyəcək qədər gücsüz və hörmətsizdir.
Azərbaycan mətbuatı Əmrah Fəqanoğlundan çox-çox əvvəl ölüb...
P. S. Təbii ki, hamıya aid deyil, istisnalar var. Shahin Caferli