Cənub Muğan kanalı qurudu, onlarla kənd susuz qaldı - Əhmədzadənin idarəsi isə susur..

30-07-2020, 17:10           
Cənub Muğan kanalı qurudu, onlarla kənd susuz qaldı -
Cənub Muğan kanalının Biləsuvar rayonu ərazisindən keçən hissəsində su yenidən quruyub.

Teref.az Report-a istinadən xəbər verir ki, artıq bir həftəyə yaxındır davam edən su böhranı daha çox İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Çaylı, Əsgərabad, Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri daxil olmaqla rayonun bütün ərazisini əhatə edir.

Hazırda vəziyyətin bu cür davam etməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması, demək olar ki, rayonun bütün yaşayış məntəqələrində problemə çevrilib. Belə ki, sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatı və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.
Bəs görəsən bundan əlaqədər təşkilatların, yəni illərlə milyardalarla pulu hara sovurduğu məlum olmayan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xəbəri yoxdur? Bəlkə Əhmədzadə cənabları insanların bu vəziyyətə düşəcəyindən xəbrdar deyildi?

Görək Biləsuvardan seçilmiş deputatımız nə deyir. Məsələ ilə bağlı Milli Məclisin Biləsuvardan seçilmiş deputatı Bəhruz Məhərrəmov da müvafiq qurumlara müraciət edib: “Biləsuvar susuzdur! Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyəti strukturlardan məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm. Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır! Bəli, digər rayonlarda su problemi var, lakin Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan suyu azalsa da, çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur. Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır".

Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən kanaldan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Bu kanalın quruyacağı barədə deputatın dediyi kimi hələ yazdan hər yerə xəbər verilmişdi.
Teref.az olaraq bildirmək istəyirik ki, hələ 2-ci Nikolayın əmri ilə salınmış Cənub Muğan kanalının quruması haqqında deputatların və əhalinin həyacan təbilini çalmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti demək olar ki, heç bir qabaqlayıcı tədbirlər görməyib. Hörmətli Ə. Əhmədzadə əhalini deyəsən su ilə imtahana çəkmək fikri var. Bu gün su ilə bağlı Azərbaycaın başının üstünü alan problemlər əslində elə bir başa Ə.Əhmədzadənin günahları ucbatındandır. Prezidentdə bunu iclasda dəfələrlə təkrar etdi. Azərbaycanın su təsərrüfatına qoyulan milyardlarla investisiya səmərəsiz yerə israf edilib.
Hər halda buna görə cavab verən olacaq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.