"OQ-ın və SN-nin qaynar xətlərinə düşmək mümkün deyil və artıq 6 gündür erdiyimiz testin cavabını ala bilmirik" _İTTİHAM
30-07-2020, 17:35
!["OQ-ın və SN-nin qaynar xətlərinə düşmək mümkün deyil və artıq 6 gündür erdiyimiz testin cavabını ala bilmirik" _İTTİHAM](/uploads/posts/2020-07/1596116157_2.jpg)
Teref.az xəbər verir ki, vətəndaş Rəqsanə Rzayeva şikayətində yazlr, Səhiyyə Nazirliyi və Operativ Qərargahdan şikayətim var!
Ayın 24-ü koronavirusdan ailəlikcə test verdik, elə də narahat deyildik, sadəcə evdə yaşlı adam var deyə, tez test verdik ki, ürəyimiz rahat olsun! Testi götürən şəxs cavabın 2-3 günə çıxacağını dedi və hərarət qalxarsa “Paracetamol”dan başqa dərman atmamağı məsləhət gördü. Artıq 6 gündür, cavab yoxdur, virusa yoluxmadığımız bəllidir, sözüm onda yox. Ancaq testi verdiyimiz gündən əvvəli də hesaba qatsaq 8 gün biz ölməli idik də hərarətdən, özümüz həkimlə telefonla danışıb müalicə yazdırdıq, hərarəti eşidən də yaxın durmur ki, virus olar.
Rəqsanə Rzayeva şikayətində yazaraq davam edir, bəlkə elə mən virusam, həkimə getsəm camaata yayacam?
Teref.az xəbər verir ki, haqlı olaraq Rəqsanə Rzayeva OQ-ın qeyri operativliyindən, Səhiyyə Nazirliyinin qaynar xəttinin isə sadəcə adı olub öznün isə nə ilə məşğul olmadığından şikayət rdir.
Başına gələnləri yazaraq qeyd edir, Operativ Qərargahın qaynar xəttinə zəng edirəm, həmin dəq məşğul gedir, camaatı bədbəxt edən Səhiyyə Nazirliyimizin qaynar xəttinə zəng edirəm, deyir növbədə 1-cisiz, 15 dəqiqə xəttə gözlədilirəm, 1-ci olduğum halda, açmırlar və nə? 2 manat da üstəlik pul çıxdılar. 1 həftədir qardaşımı da işə buraxmırlar ki, testin cavabı gəlsin sonra. Hansından şikayət edəsən, bilmirsən.
P.S Teref.az olaraq qeyd etmək istəyirik ki, şikayətçinin şikayətinə qüvvət verən sosial şəbəkə istifadəçiləıridə öz şikayətlərini edirlər. Sosial şəbəkə istifadəçisi Billur Məmmədova yazır:
Billur Memmedova
Mən də yoluxdum. 103 təbib, səhiyyə nazirliyi aləmə zəng etdim.. nə gələn oldu nə maraqlanan.. özum dava derman aldim mualicə oldum. Ona göre de karantin bitmir dee. Xəstələri nəzarətə göturmurlır, sms icazəni ləğv eləmirlər. Hami xəstə,rahat rahat gəzir. 21 gun ərzinde 21min adamı yoluxdurur..
Teref.az olaraq inanırıq ki, Rəqsanə Rzayevanın saytımızda gedən şikayətinə OQ-dan və SN-ndən mövqe bildirəcəklər və bizdə teref.az olaraq bu mövqeni oxucularımızla bölüşəcəyik!
Teref.az
![](/uploads/posts/2020-07/1596115684_1.jpg)