RUSLARIN BƏYANATINA SEVİNƏNLƏR VƏ XƏYAL QIRIQLIĞINA UĞRAYANLAR.
3-08-2020, 08:01
![RUSLARIN BƏYANATINA SEVİNƏNLƏR VƏ XƏYAL QIRIQLIĞINA UĞRAYANLAR.](/uploads/posts/2020-08/1596429359_1.jpg)
Azərbaycan mətbuatında,sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində zaman-zaman torpaqların qaytarılması ilə bağlı kimlərinsə bəyanatları səsləndirilib.Bizim mətbuat,televizyalar bütün bunları Azərbaycan diplomatiyasının qələbəsi kimi təqdim edirlər.Lakin əsl həqiqətdə bütün danışıqlar,bəyənatlar Dağlıq Qarabağın bizdən qoparılmasına hesablanıb.Belə ki,Rusiya hakim dairələri olmasaydı Azərbaycanın Qarabağ,Gürcüstanın Abxaziya,Asetiya,Moldoviyanın Pindistroviya və nəhayət,Ukraynanın Donetski,Luqanski kimi problemləri olmazdı.Rusyanın XİN-nin başcısı S.Lavrov hər şeydən əvvəl milliyətcə ermənidir.Həm şəxsi marağından eyni zamanda təmsil etdiyi dövlət hər zaman erməniləri dəstəkləyib. Qarabağ münaqişəsi başlayanda hakim rus elitası açıq-aşkar erməni separatçılarını dəstəkləyiblər.Sovetlər birliyi dağıldıqdan sonra Rusya hakim dairələri Azərbaycanı,Moldoviyanı və Gürcüstanı daim nəzarətdə saxlamaq üçün federativ dövlətə çevirmək istəklərini açıq dilə gətirirdilər.Bunun nəticəsi olaraq Gürcüstan NATO-ya üz tutduqdan sonra Rusya 2008ci ildə aranı qatıb Abxaziyanın və Asetiyanın müstəqilliyini tanıdı.2013cü ildən isə Qərb və NATO-ya üz tutan,öz slavyan qardaşları və Nüvə başlıqlarının təhvil verilməsi müqavilində suverenliyinə və ərazi bütövlüyünə zəmanət verdiyi Ukrayna respublikasında iki separatçı ocaq yaratmaqla kifayətlənmədi Krım respublikasını 2014cü ildə işğal edib öz ərazisinə qatdı.Ən acınacaqlısı isə ondan ibarətdir ki,ruslar Azərbaycana və onun əhalisinə daima ögey münasibət bəsləyib.Dağlıq Qarabağ münaqişəsini elə həll etməyə çalışırlar ki,yuxarıda adlarını sadaladığım respublikaların separatcı rejiminə nümunə yaratsınlar.Qarabağ problemini həmişə ruslar idarə ediblər və zaman-zaman yüksək səviyyədə bunu dilə gətiriblər.S.Lavrovun sonuncu bəyanatı ustalıqla Qarabağın bizdən qoparılmasına hesablanıb.Ermənistanda və Rusyada az-çox siyasətin əlifbasını bilənlər yaxşı bilirlər ki, ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında olan rayonlara,Ağdama,Kəlbəcərə və s.yerlərə hər hansı bir iddia edə bilməzlər,hətta,azərbaycanlılara nifrəti ilə seçilən Ermənistanın keçmiş prezidenti S.Sarkisyan öz çıxışlarında dəfələrlə bildirmişdir ki,"erməni xalqı bilmir ki,Ağdam onun torpağı deyil."O ki qaldı Lavrovun bəyanatı ilə bağlı mərhələli hərb planına münaqişənin mərhələli hərb planı həmişə danışıqlar masasında olub.Ermənilər sadəcə olaraq bizim DQMV-nın ətrafında yerləşən rayonlarımızla alqı-satqı etmək istəyirdilər.Onlar Dağlıq Qarabağın öz müqədərratını həll edilməsi üçün referendumun keçirilməsini tələb edirlər və bildirirlər ki,ya Qarabağ Laçın dəhlizi ilə birlikdə Ermənistana birləşdirilməli və ya tam müstəqil dövlət olmalıdır.Sergey Lavrovun Qarabağla bağlı aparılan danışıqların N.Paşinyan hakimiyyətinin təqsiri üzündən dalana dirəndiyini bildirməsi və münaqişənin mərhələli həll olunması barədə bəyanatı N.Paşinyana təzyiq vasitəsi və Azərbaycan ictimaiətinin aldadılmasından başqa bir şey deyildir.Qarabağ münaqişəsinin üç tərəf Azərbaycan,Rusya və Ermənistan təmsil edir.Danışıqlarda münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda isə Qarabağ separatçılarını həmişə Rusya,Amerika və Fransa təmsil edir.S.Lavrov sadəcə dəfələrlə bildirib ki,danışıqlar bəlli plan üzrə aparılır.Bəlli plan nədir?Azərbaycandan qoparılması mümkün olmayan,vaxtilə rusların əsas iştirakı ilə işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı rayonları qaytarmaq,əvəzində Ermənistanla Azərbaycan arasında kommunikasiya xəttlərinin açılması və qaçqınların öz torpaqlarına qaytarılması S.Lavrovun özünün də dediyi kimi nəticəsi əvvəlcədən bəlli olan refendum keçirmək.GÖRÜNDÜYÜ KİMİ ONLAR HƏR ŞEYİ ZƏRGƏR DƏQİQLİYİLƏ ÖLÇÜB BİÇİBLƏR.Dağlıq Qarabağda müstəqilliyə dair referendum keçirməklə Azərbaycan dövlətini fakt qarşısında qoymağa çalışırlar.S.Lavrovun bəyanatının ardınca Ermənistanın XİN-nin başcısı Zöhrab Mnatsakyan bəyan etti ki,"münaqişənin həllində heç bir güzəştdən söhbət gedə bilməz."
Belə olan təqdirdə münaqişə geci-tezi müharibə yolu ilə həll olunacaq.Bu günki danışıqlar imitasiya xarakteri daşıyır və Ermənistanın mövcud vəziyyəti nəzarətdə saxlamasına hesablanıb.Çox qəribədir ki,hər iki tərəf qarşılıqlı güzəştlərdən danışır,lakin,Ermənistan güzəşt deyəndə DQMV-nin ətrafındakı işğal olunmuş rayonları Laçın dəhlizi xaric olmaqla qaytarılması müqavilində "Dağlıq Qarabağ Respublikasının"müstəqilliyinin tanınmasını,Azərbaycan tərəf isə güzəşt deyəndə Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində yüksək status verilməsini nəzərdə tutur.Tərəflərin bəyanatından göründüyü kimi danışıqları davam etdirməyin bir anlamı qalmayıb.Sadəcə tərəflər arasında aparılan S.Lavrovun sözləri ilə ifadə etsək"nəticəsi qabaqcadan bəlli olan danışıqlar"Rusyaya lazımdır.Son olaraq Ermənistan münaqişəyə münasibətini korrektə etməsə böyük müharibə qaçılmazdır.
Mobil Vəkiloğlu
Teref.az