Dünya kulinar təşkilatlarında bizi ləkələmək istəyən "sapı özümüzdən" olan baltalar kimlərdir - Tahir Əmiraslanov yazır FOTO
9-09-2020, 16:41
![Dünya kulinar təşkilatlarında bizi ləkələmək istəyən "sapı özümüzdən" olan baltalar kimlərdir - Tahir Əmiraslanov yazır FOTO](/uploads/posts/2020-09/1599654959_1.jpg)
Buradakı materiallar 2019-cu ilin fevral ayında Dağıstandakı çempionatdandır. İlk baxışda burada nə var ki?-deyə soruşula bilər. Diqqət yetirsəniz məqalələrin başlıqları Azərbaycan və Ermənistan kulinarlarının arasında heç bir problem olmadığını göstərir. Hətta üçüncü şəkildəki başlıqdan onların bir ailə olduqları fikri, şəkilin altında isə hətta “qardaşlaşdıqları belə yazılır”.
Teref.az yazır ki,
Ermənistanın Dünya təşkilatına girə bilməsi üçün onların Azərbaycan aşpazları ilə heç bir problemlərinin olmadığını, bütün problemin yalnız Tahir Əmiraslanovda olmasını göstərmək lazım idi. Ermənistan Mədəniyyət Naziri UNESKO-ya göndərdiyi məktubunda da, Tahir Əmiraslanovu: "Ermənistanın düşməni və rasist”-adlandırmışdı.
Onu ləkələmək, gözdən salmaq, şəxsiyyətinə şübhə yaratmaq ən böyük erməni arzusuydu. Belə bir məktubu Dünya təşkilatına Fərhad Aşurbəyli və Orxan Muxtarov imzalayıb göndərmişdi. Bu iki adam sonradan bizə barışmağı, birlikdə dünya təşkilatına aramızda problem olmadığını yazmağı təklif etdilər. Bunlar da həmin məntiqdən çıxış edirlər. Dünya təşkilatına öz yollarını açmaq üçün yenə də həm məhkəmədə, həm zoom konfranslarında dünya təşkilatına bizim əleyhimizə yüzlərlə məktub getdiyini yazırlar. Bunu özləri təşkil etmirsə haradan bilirlər? Sonra eyni mənalı məktubu Serbiya vətəndaşı, Azərbaycanda çalışan Corc Kostiç də göndərmişdi.
Burada:
1. Azərbaycanlı aşpazların Erməni münsifə minnətdarlığı qeyd olunur. Yəni Ermənistan bizə dəyər verən idi.
2. Ermənistan “Artsax tabaka” hazırladılar. ( amma Azəbaycanlılar heç səslərini də çıxartmadılar)
3. Medallardan daha vacib məsələnin Ermənistanın yeni vacib əlaqələr əldə etməsi oldu ki, bu da gələcəkdə Ermənistan mətbəxini dünyada təbliğ etmək üçün böyük imkanlar açır deyə fikir bildirilir.
4. Müsahibənin əsas yeri: "Yaxınlarda Ermənistan da Dünya təşkilatına üzv olacaq"-hissəsidir.
Bu tədbirin əsas təşkilatçıları Maxaç Vaqabov və Nikolay Baratovdur. Xaricdən xüsusilə Balkanlardan əsas münsif üzvüləri, dünya təşkilatının hörmətli üzvləri bura Corc Kostiçin məsləhəti ilə dəvət edilib. Erməni kulinarlarına bu əlaqələr verilib. Bir başa yarışlara əsas iki ölkə Azərbaycan və Ermənistan gətirilib.
Azərbaycanı əsasən QHT-rəhbərləri Fərhad Aşurbəyli və Orxan Muxtarov, bizi ləkələmək üçün dünya təşkılatına şər məktubu yazanlar təmsil edir.
Məhz bu işlərin nəticəsində Ermənistanın ərizəsi qəbul edilir, dünya alimpiadasına bayrağı qaldırılır.
Yalnız Allahın yaratdığı təsadüflər nəticəsində Ermənistanın bu təşkilata üzvlük məsələsi qaldırılmadı, ərizəsi qəbul edilən digər beş ölkə qəbul edildi.
Sonra eyni komanda Bakıda may ayında, Ramazan ayında birlikdə yarışlar təşkil edəcək və məni bu yarışlara dəstək verməməkdə, cavanların yollarını kəsməkdə günahlandıracaqlar!
Sizcə bu yarışda mən ola bilərdimmi?
Tahir Əmiraslanov
Milli Kulinariya Mərkəzinin baş direktoru.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
![](/uploads/posts/2020-09/1599655006_2.jpg)
![](/uploads/posts/2020-09/1599655009_3.jpg)
![](/uploads/posts/2020-09/1599654966_4.jpg)
![](/uploads/posts/2020-09/1599654944_5.jpg)