Bir həftəlik macəra: Sahibindən qaçan zebra internet ulduzuna çevrildi VİDEO

10-06-2025, 12:48           
Bir həftəlik macəra:
ABŞ-nin Tennessi ştatında bir həftədən çox müddət azadlıqda gəzən və sosial şəbəkələrin ulduzuna çevrilən zebra Ed yaxalanaraq sahiblərinə qaytarılıb.

CNN- ninməlumata görə, bu barədə Ruzerford dairəsinin şerif idarəsindən xəbər verilib.

Bildirilir ki, Ed Tennessinin mərkəzində bir otlaqda aşkarlanıb. Hadisəyə cəlb edilən hava qüvvələri onun tutulmasına yardım edib.

Sosial şəbəkələrdə onun helikopterlə daşınmasının görüntüləri yayılıb.

Qeyd edək ki, Ed mayın 30-da alınıb, lakin bir gün sonra evdən qaçıb. Heyvanın ştatlararası magistralda qaçması nəticəsində yol polisi trafiki müvəqqəti olaraq dayandırmalı olub. Lakin Ed polis kordonunu keçərək meşəlik əraziyə qaçıb və bir neçə gün ərzində müxtəlif yerlərdə görünüb.

Sosial şəbəkələrdə müxtəlif situasiyalarda çəkilmiş görüntüləri paylaşılan Ed sürətlə populyarlaşıb. Bəzi istifadəçilər onun vafli yediyini və yol kənarında insanlarla "ünsiyyət qurduğunu" göstərən zarafatlı montajlar yayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru