Paşinyanın Euronews-a müsahibəsini izlədim, adam kloundu!
9-10-2020, 07:43

Paşinyanın Euronews-a müsahibəsini izlədim, adam kloundu! Üç "tezis" əzbərləyib:
1) Türkiyə ilə vuruşuruk,
2) Bölgəyə Türkiyə terrorçular gətirib və onlar vuruşur,
3) Türkiyənin təlimatı ilə Azərbaycan Qarabağda "genosid" edəcək.
Bunu ReAl fəalı politoloq Natiq Cəfərli deyir.
Daha sonra Natiq Cəfərli deyir ki, başınıza Türkiyənin 10%-i boyda (5% də bəs edər) daş düşsün, indi bu güya öz xalqına mesaj verir: Bizi it kimi qovan Azərbaycan deyil, Türkiyədi, muzdlulardı, yəni, onlar olmasaydı biz bacarardıq. Həm də düynya mesaj verir: Qoymayın, Türkiyə bizi qıracaq, "genosid" edəcək.
Bu absurd "tezisisləri" faktlarla, sübutlarla vurmaq, dünyada bu "arqumentləri" dilinə gətirənlərdən həmən sübut, dəlil istəmək, divara dirəmək lazımdı, çünki cəfəngiyyatdır:
1) Genosidi onlar edib - İndiki Ermənistan ərazisindən 230 min Azərbaycan türkü qovulub və bu 100 il yox, cəmi 32 il əvvəl olub, yüzlərlə insanı məhv ediblər - bunun cavabını verməlidirlər. Artıq vaxt çatıb, onlarla öz anladıqları dildə danışmaq lazımdı, Zəngəzur Respublikasını elan etmək, bütün qurumlarını təsis etmək və "Qayıdış" kompaniyasına başlamaq lazımdı,
2) Muzdlularla bağlı faktı Ermənistandan tələb etməyin mənası yoxdur, zatən onların əllərində bomba da tutsan deyəcəklər xiyardı - Fransa, Rusiya və bunu dilə gətirən bütün dövlətlərdən RƏSMİ nota ilə sübut tələb olunmalı, bu haqda bütün beynəlxalq mediayaya məlumat verilməlidir,
3) Prezidentin də dəfələrlə dediyi tezisi daha geniş yaymaq lazımdı - biz sülh istəyirik, sülhün yolu işğalın bitməsidir. Biz Qarabağda erməni əsilli azərbaycanlılarla, vətəndaşlarımızla, birgə yaşayacağıq, onlar rifah içində, təhkükəsiz ömür sürəcəklər.
Bu gün İTV-nin efirində bir daha REAL-ın günlərdi dilə gətirdiyi təklifi səsləndirdim - bütün bu "qara təbliğatı" susdurmaq üçün mütləq ölkə daha açıq olmalı, dünyanın hər yerindın jurnalistlər, QHT nümayəndələri dəvət olunmalı, məmləkət haqq işini hayqırmalıdır! Haqlı tərəf bizik, gizli işimiz yoxdur, köhnə yanaşmanı kənara qoyub dünyaya ilə yenidən bağlar qurmalıyıq. İnformasiya müharibəsi çox vacibdir - Qəhrəman Əsgərimizin döyüşdə qazandığını dünyada haqlı "möhürə" çevirməliyik!
Teref.az