Moskva danışığı atəşkəslə bitdi - Lavrovdan AÇIQLAMA

10-10-2020, 05:14           
Moskva danışığı atəşkəslə bitdi -
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edilib.

Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Həmçinin, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru