Qardaş Pakistan növbəti dəfə Azərbaycana dəstəyini bildirdi

11-10-2020, 08:41           
Qardaş Pakistan növbəti dəfə Azərbaycana dəstəyini bildirdi
Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət inkişafdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb. Məlumatda bildirilib: “Ümidvarıq ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcək. Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün təmin olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılıdır. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru