Qələbənin APOQEYASI!!! Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq.....

17-10-2020, 00:00           
Qələbənin APOQEYASI!!! Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq.....
Dostlar, Füzuli rayon mərkəzinin azad olması ilə bağlı çoxlu suallar vardır. Odur ki, sizə həmin əraziyə və relyefə yaxşı bələd olan yerli şəxs olaraq bəzi mətləbləri açıqlamaq istərdim. Xəritəyə diqqət edin. Orda 3 rəng vardır, yaşıl qırmızı və bənövşəyi. Yaşıl - bizim azad etdiyimiz, qırmızı döyüş gedən, bənövşəyi işğalda olan ərazidir.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy yazır:
Diqqətlə baxsanız, görəcəksiniz ki, müharibə başlayan günü Füzulidən geri çəkilib, Məngələnataya köçən erməni döyüşçüləri orda əvvəlki (1992-ci ildəki) mövqelərini bərpa edib, möhkəmləndiriblər. Oranı tanıyırlar bilirlər ki, həmin ərazidə erməniləri təslim etməyin ən yaxşı yolu onları mühasirədə saxlamaqdır.
Ona görə də xilaskar ordumuzun taktikası ilə Məngələnatanın arxa - Qırmızı bazar tərəfində keçib, Füzuli və Məngələnata yüksəkliyini birlikdə mühasirəyə salmaqdır.
Düşünürəm ki, tezliklə xəritədə cənubda Füzulinin solu və sağından bir-birinə yaxınlaşan yaşıl ərazilər birləşəcək və ortada qalan qırmızı ərazi artıq bizim olmaqla narahatlıq yaratmayacaq. Rəşadətli ordumuz da Qırımızı Bazardan Domu yolu ilə Şuşaya doğru irəliləyəcəkdir.
Eyni zamanda şimal-qərbdən də ordunun Şuşaya doğru irəliləməsi nəticəsində Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq. Yolları açıq və aydın olsun! Tezliklə Şuşada görüşənədək!
Xəritələrin hər ikisini tam açıb böyük ekranda baxın, əgər suallarınız yaranarsa şərh bölməsində yazın.
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.