"GƏNCƏYƏ BALLİSTİK RAKETLƏR ERMƏNİSTAN ƏRAZİSİNDƏN ATILIB" - "Ermənistan XİN alçaqcasına..."

17-10-2020, 03:28           
"GƏNCƏYƏ BALLİSTİK RAKETLƏR ERMƏNİSTAN ƏRAZİSİNDƏN ATILIB" -
“Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", - deyə o qeyd edib.

Hikmət Hacıyev dah sonra yazıb : “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu zərbə təsir zonasından tapılan mərmilər sübut edir”

"SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirir", - deyə o qeyd edib.

“Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”. - deyə, Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

O, qeyd edib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.