ALÇAQ DÜŞMƏN YENƏ GƏNCƏ VƏ MİNGƏÇEVİRƏ RAKETLƏR ATDI! - 5 nəfər həlak olub, 34 nəfər ağır yaralanıb + FOTOLAR/VİDEOLAR (Yenilənib)

17-10-2020, 03:31           
ALÇAQ DÜŞMƏN YENƏ GƏNCƏ VƏ MİNGƏÇEVİRƏ RAKETLƏR ATDI! - 5 nəfər həlak olub, 34 nəfər ağır yaralanıb + FOTOLAR/VİDEOLAR (Yenilənib)
"Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib".

Bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd edilir.

***

Ermənistan silahlı birləşmələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Nəticədə 20-ə yaxın ev dağılıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, dağıntılar altında olan vətəndaşlardan ölən və yaralananlar var.

Onun verdiyi ilkin məlumata görə, raket zərbəsi nəticəsində 2-si uşaq olmaqla 5 nəfər həlak olub, 35 nəfər isə ağır yaralanıb. Yaralılar arasında azyaşlı uşaq da var.

"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı 3 raketdən ikisi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirilib. Bir raket isə mülki əhalinin yaşadığı binanın üzərinə düşüb.


"Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar”.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.