Sual olunur Ermənistan hansı büdcə ilə əldə edir bu raketləri?
17-10-2020, 09:47

Gəncəmiz SKUD R-17 Ballistik raketi ilə vurulmuş. Bu raket Rusiya istehsalıdır haqqında bilgiləri paylaşıram.
Sual olunur Ermənistan hansı büdcə ilə əldə edir bu raketləri? Tovuz hadisələrindən sonra Rusiya durmadan silah daşıdı Ermənistana.
Son günlər Prezident köməkçisi Hikmət Hacıyev demək olar ki, hər gün silah daşıyan təyyarə reysləri haqqında məlumat verdi. Ermənistanın əldə etdiyi bu silahlar isə mülki əhalinin məhv edilməsinə yönəlir.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra Elxan bəy yazır:
Təklif edirəm ki, sabah siyasi partiyalar, QHT- lər, aydınlar, müəllimlər, həkimlər, gənclər bir sözlə millətimin hər bir fərdi Rusiya səfirliyi önündə etiraz aksiyası təşkil edək. Rusiyaya səslənək ki, sənin pulsuz-parasız verdiyin silahlarla bizim uşaqlarımız ölür. Dünyaya səslənək ki, biz millət olaraq bu haqq savaşımızı aparırıq.
Klaviaturanın arxasından çlxaq. Pandemya və komendant saatı qaydalarına da anlayış göstərərək, dağıntı altında qalan uşaqlarımızın şəkilləri ilə bu etirazı edək.
Təkliflərinizi verin müzakirə edək zatən yatmırıq heç birimiz.
P.S. Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur.
Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Bu ballistik raket Sovet ordusuna Avropadakı hücum hədəflərini məhv etməyə imkan verirdi.
Skad-D R-17 VTO (SS-1e Skad-D) proyekti R-17 raketinin dəqiqliyinin daha da artırılmış variantı hesab olunur.
Teref.az