Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - Müdafiə Nazirliyi

20-10-2020, 08:42           
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - Müdafiə Nazirliyi
Ermənistan silahlı qüvvələrinin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru